“Neftçi”nin sabiq çalışdrıcısını pislədi: “Böyük məşqçi deyil”

28 May 04:30 Hadisə 522
“Neftçi”nin sabiq çalışdrıcısını pislədi: “Böyük məşqçi deyil”

Ukrayna millisinin sabiq baş məşqçisi Yozef Sabo “Qəbələ”nin və “Neftçi”nin keçmiş çalışdırıcısı Roman Qriqorçuk barədə maraqlı fikirlər səsləndirib.

Sportinfo.az xəbər verir ki, o, son olaraq ölkəsində LNZ-i çalışdırmış həmyerlisini güclü mütəxəssis hesab etmir.

Onun fikrincə, Premyer Liqa təmsilçisində əsas problem məşqçi korpusundadır:

“LNZ-in heyətində indikindən daha yaxşı çıxış edəcək səviyyədə futbolçular var. Sadəcə, onları bir araya toparlamaq və düzgün taktika tətbiq etmək lazımdır.

Ancaq biz orada bu baxımdan çox sayda səhvlər görürük. Bəs məşqçi korpusu nə işlə məşğuldur?

Qriqorçuk gələn kimi komandanı gücləndirəcək qədər böyük məşqçi deyil”.

Digər Xəbərlər
Xəbər Lenti