
2024-cü ilin mayında Tyaqo Alkantara 33 yaşında karyerasını gözlənilmədən başa vurdu.
O, ay yarım sonra “Barselona”nın baş məşqçisi Hans-Diter Flikin məşqçi heyətinə daxil oldu.
Lakin ispan futbolçu Kataloniya klubunda çox qalmadı.
Sportinfo.az xəbər verir ki, "Barsa"nın yetirməsi hazırda sadəcə ailəsi ilə həyatın dadını çıxarır. Onu xoşbəxt edən əsas şəxs isə xanımı Culiya Viqasdır.
O, Barselonada anadan olub və bu ilin qışında 35 yaşını qeyd edib. Tyaqodan bir yaş böyükdür.
Onun ailə biznesi var. Qardaşları ilə birlikdə mehmanxana sahəsində çalışır.
Kosta-Brava kurort bölgəsində onlara məxsus dördulduzlu otel fəaliyyət göstərir. Culiya eyni zamanda sosial şəbəkələrdə də fəaldır:
“Instagram” platformasında onun 166 min abunəçisi var. O, doğuşdan sonra formada qalmaq üçün məsləhətlərini qadınlarla bölüşür.
Culiya və Tyaqo Kataloniya paytaxtında tanış olublar. O dövrdə sabiq yarımmüdafiəçi “Barselona”da çıxış edirdi. 2013-cü ildə cütlük birlikdə Münhenə köçüb.
7 il sonra isə Liverpula. İngiltərəyə yollanmamışdan əvvəl - 2015-ci il mayın 27-də onlar Kataloniyanın sakit bir guşəsində evləniblər. İndi isə onların toyundan 10 il keçir.
2017-ci ildə onların oğlu Qabriel, 2020-ci ildə isə qızları Siena dünyaya gəlib.
Tyaqo karyerasını başa vurmazdan təxminən yarım il əvvəl isə üçüncü dəfə ata olub. Bu dəfə də qız övladı dünyaya gəlib və ona Adriana adı verilib.
Məhz böyük ailəsi ilə birlikdə Alkantara “Enfild”də futbolla vidalaşıb.