
Meta "WhatsApp"a inteqrasiya etdiyi süni intellekt köməkçisi Meta AI-ni Avropanın 41 ölkəsində istifadəyə verib.
AI-dan istifadə Avropadakı "WhatsApp" istifadəçiləri üçün məcburi edilib. Süni intellekt köməkçisini söndürmək mümkün deyil.
Bu, məxfilik haqqında müzakirələrə səbəb olub. İstifadəçilər texnologiya nəhənginin qərarına etiraz ediblər.
Meta AI "WhatsApp" interfeysindəki "Yeni Söhbət" düyməsinin üstündə yerləşir və istifadəçilərə suallara cavab vermək, mətnlər yaratmaq, linkləri paylaşmaq, stikerlər və şəkillər yaratmaq kimi funksiyaları təklif edir.
Bununla belə, səs yazılarının transkripsiya edilməsi və ya qrup söhbətlərinin ümumiləşdirilməsi kimi funksiyalar hələ mövcud deyil.
İddialara görə, sözügedən layihə sayəsində Meta mesajları oxuyub təhlil edə və bununla da süni intellekti təkmilləşdirə biləcək.