Musayev bu komandanı ilk dəfə ölkə çempionu etdi

02:40 Hadisə 140
Musayev bu komandanı ilk dəfə ölkə çempionu etdi

Murad Musayevin baş məşqçisi olduğu "Krasnodar" Rusiya Premyer Liqasının (RPL) 30-cu turunda "Dinamo"ya 3:0 hesabı ilə qalib gələrək, tarixində ilk dəfə ölkə çempionluğunu qazanıb.

Sportinfo.az xəbər verir ki, 2008-ci ildə iş adamı Sergey Qalitski tərəfindən təsis edilmiş "Krasnodar" bu nailiyyəti ilə ilk dəfə Rusiya çempionu olub.

Ötən mövsüm klub ikinci yeri tutmuşdu, ondan əvvəl isə üç dəfə (2015, 2019 və 2020-ci illərdə) bürünc medal qazanmışdı.

Murad Musayev 2021-ci ildən 2024-cü ilə qədər “Sabah”da çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti