Millimizə görə istirahətə gedə bilmir: “Burada oynamaq vacibdir”

25 May 2025 01:20 Hadisə 575
Millimizə görə istirahətə gedə bilmir: “Burada oynamaq vacibdir”

Macarıstan yığmasının yarımmüdafiəçisi Tamaş Nikitşer İsveç və Azərbaycan millilərinə qarşı keçiriləcək yoldaşlıq görüşləri barədə fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, İspaniyanın “Valyadolid” klubunda çıxış edən 25 yaşlı orta sahə oyunçusu bu matçların onlar üçün böyük önəm kəsb etdiyini düşünür.

Ötən ildən yığmaya çağırılan Nikitşer oyunların iyunda keçirilməsinin onlara problem yaratmasından narazıdır:

“Çünki belədə istirahətə daha gec yollanmalı olacağıq. Ancaq millidə oynamaq vacibdir.

İsveç və Azərbaycanla görüşlər rəsmi matçlar öncəsi böyük əhəmiyyət kəsb edir. Bu cür oyunlar bir-birimizi meydanda daha yaxşı başa düşmək üçün önəmlidir.

Təbii ki, nəticə də müsbət olmalıdır. Hər iki qarşılaşmada qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

İyunun 6-da İsveçi qəbul edəcək Macarıstan yığması dörd gün sonra millimizin qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi