
“Qəbələ” və “Neftçi”nin sabiq baş məşqçisi Roman Qriqorçuk ölkəsi Ukraynada qalmaqalla gündəmə gəlib.
Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, hazırda LNZ klubunu çalışdıran 60 yaşlı mütəxəssis komandanın legioneri Fransis Momonu düşərgədən uzaqlaşdırıb.
Belə ki, Qriqorçukun qərarı ilə nigeriyalı hücumçu əsas heyətdən uzaqlaşdırılıb və U-19 komandasına göndərilib.
Baş məşqçi bunu 24 yaşlı forvardın zəif çıxışı ilə əlaqələndirib. Lakin yerli KİV Qriqorçukla Momo arasında klub daxilində qalmaqal yaşandığını və qərarda bu hadisənin həlledici olduğunu iddia edib.
LNZ hazırda Ukrayna Premyer Liqasında 27 turdan sonra 28 xalla 12-ci pillədə qərarlaşır. Komandanın elitanı tərk etmək təhlükəsi var. Belə bir vəziyyətdə Çerkası klubunda problemin yaranması rəhbərliyi də təşvişə salıb.
Roman Qriqorçuk 2014-2018-ci illərdə “Qəbələ”də, ötən il isə “Neftçi”də çalışıb.