İki fərqli komandada hakimləri təhqir edən baş məşqçi kimdir?

1 May 2025 03:00 Hadisə 802
İki fərqli komandada hakimləri təhqir edən baş məşqçi kimdir?

AFFA İntizam Komitəsi U-14 Liqasında çıxış edən "Metak"ın baş məşqçisi Mehman Səfərovu 5 oyunluq cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, buna mütəxəssisin "Caspian"la görüşdə hakimləri təhqir etməsi səbəb olub.

U-13 Liqasında da eyni klubun baş məşqçisi olan mütəxəssis "Uğur"la matçda da "əməlindən" qalmayıb. Ona bu çempionatda 5 matçlıq cəza kəsilib.

Eyni hal Region Liqasında da yaşanıb. "Dirçəliş"in futbolçusu Nurlan Dadaşov "Marafon"la qarşılaşmada ədalət təmsilçisini təhqir etdiyi üçün 4 oyunluq cəza alıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi