Ayağını itirən “Qarabağ”lı əsaları yerə atdı, Pelesayağı qol vurdu - VİDEO+FOTOREPORTAJ

9 Aprel 2024 17:20 Hadisə 938
Ayağını itirən “Qarabağ”lı əsaları yerə atdı, Pelesayağı qol vurdu - VİDEO+FOTOREPORTAJ

4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Gününü qeyd etmək məqsədilə Azərbaycan Minatəmizləmə Agentliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə Bakı Olimpiya Stadionunda "Qarabağ" və "Neftçi" amputant futbol komandalarının oyunu keçirilib.

Mina partlayışları nəticəsində xəsarət almış amputant şəxslərdən ibarət komandaların oyunlarının keçirilməsi minadan zərərçəkənlərin cəmiyyətə reinteqrasiyası və futbol vasitəsilə mina təhlükəsinə dair maarifləndirmədə kütləviliyin təmin edilməsi böyük əhəmiyyət kəsb edir.

Oyunu gənclər və idman naziri Fərid Qayıbovun müavini Mariana Vasilyeva, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və bir sıra səlahiyyətli şəxslər izləyib.

Matçın ən maraqlı görüntüsü “Qarabağ”ın qolu zamanı yaşanıb. Epizodların birində hər iki əlindəki əsaları yerə atan Sənan Hacıyev Pelesayağı zərbə ilə qol vurub.

Zala toplaşanları şoka salan bu qol sosial şəbəkələrdə də böyük maraqla qarşılanıb.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!
25 Aprel 03:20 İslam 11:1-lə finalda!