Ermənistan bəhanə gətirdi, MDB Oyunlarını keçirməkdən imtina etdi

26 May 2024 02:20 Hadisə 533
Ermənistan bəhanə gətirdi, MDB Oyunlarını keçirməkdən imtina etdi

Ermənistan 2027-ci ildə MDB Oyunlarına ev sahibliyi edə bilməyəcək.

Sportinfo.az xəbər verir ki, bu haqda Ermənistan təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan açıqlama verib.

Nazir müavini buna səbəb kimi həmin dövrdə ölkəsinin bir neçə irimiqyaslı idman tədbirinə ev sahibliyi etməsini göstərib:

“Ermənistanın 2027-ci ildə Frankofoniya Mədəniyyət və İdman Oyunlarına ev sahibliyi etmək üçün müraciəti təsdiqlənib.

Gimnastika üzrə Avropa çempionatı, ağır atletika üzrə dünya çempionatı və ümumerməni oyunlarının keçirilməsi də 2027-ci ilə planlaşdırılıb”.

Giloyan qeyd edib ki, İrəvan 2029-cu ildə MDB Oyunlarına ev sahibliyi etmək imkanını nəzərdən keçirməyə hazırdır.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!