COP29

Beş il "Qarabağ"da oynadı, milli ilə vidalaşdı

8 May 02:10 Hadisə 481
Beş il "Qarabağ"da oynadı, milli ilə vidalaşdı

"Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina millisindəki karyerasını başa vurub.

Sportinfo.az xəbər verir ki, bu barədə 35 yaşlı qolkiper öz İnstaqram hesabında paylaşım edib.

O, yığma ilə vidalaşıb və azarkeşlərə, ailəsinə, dostlarına, məşqçilərinə təşəkkür edib.

İbrahim Şehiç 2013-2018-ci illərdə "Qarabağ"da oynayıb. O, Ağdam təmsilçisinin heyətində 5 dəfə Azərbaycan çempionu olub, 3 dəfə Azərbaycan kubokunu qazanıb.

Şehiç hazırda karyerasını "Əl-Halic"də (Səudiyyə Ərəbistanı) davam etdirir.

Digər Xəbərlər
Xəbər Lenti