İşçi mühafizə etdiyi idman zalının kassasını necə soydu? - VİDEO

7 May 2024 09:00 Hadisə 1 598
İşçi mühafizə etdiyi idman zalının kassasını necə soydu? - VİDEO

Yasamal rayonunda yerləşən idman zallarından birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Sportinfo.az-a verilən xəbərə görə, obyektin sahibi Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edərək kassa aparatının sındırılaraq oradan 12 min manata yaxın vəsaitin oğurlandığını bildirib.

Araşdırmalarla pulun idman zalının mühafizəçisi 1992-ci il təvəllüdlü Ehtibar Adilov tərəfindən oğurlandığı müəyyən olunub.

Həmin şəxs keçirilən tədbirlərlə saxlanılaraq 26-cı Polis Bölməsinə gətirilib. Barəsində toplanan material araşdırmaların davamı üçün istintaqa göndərilib.

E.Adilovun əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət edə bilərlər.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...