COP29

"Kimdir axı o? Nəyi bilir? Belə çıxır ki, başqaları axmaqdır?"

7 May 01:20 Hadisə 1 099
"Kimdir axı o? Nəyi bilir? Belə çıxır ki, başqaları axmaqdır?"

Rusiya millisinin sabiq futbolçusu Aleksandr Mostovoy "Krasnodar"ın baş məşqçisi Murad Musayev barədə sərt fikirlər səsləndirib.

Sportinfo.az "RB Sport" nəşrinə istinadən xəbər ki, "Krasnodar" 27-ci tur çərçivəsində evdə "Axmat"a 0:1 hesabı ilə məğlub olandan sonra Mostovoy "Sabah"ın sabiq çalışdırıcısı barədə danışıb:

"İviçin istefaya göndərilməsinin səbəbini heç kim anlaya bilmədi. Bu, "Krasnodar" üçün ciddi problemdir.

İkinci problem isə onun yerinə gətirilən mütəxəssisdir. Kimdir axı Musayev?

O, hər nə qədər öz komandasına qayıtdığını, burada hər şeyi bildiyini desə də... Nəyi bilir? Belə çıxır ki, başqaları axmaqdır?

Heyfim gəlir "Krasnodar"a. Çempion olmaq üçün yaxşı şansları var idi. Amma bu fürsəti əldən verdilər".

Vladimir İliç 2023-cü ilin yanvarından "Krasnodar"a rəhbərlik etsə də, bu ilin mart ayında istefaya göndərilib. Onun yerinə isə "Sabah"ın sabiq çalışdırıcısı Murad Musayev təyin edilib.

27 turdan sonra 50 xalı olan "Krasnodar" ikinci pillədə yer alıb. "Zenit" də eyni xala malik olsa da, bir oyun az keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq