DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etdi - FOTO

6 May 2024 21:50 Hadisə 777
DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etdi - FOTO

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir qrup əməkdaşı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Ulu Öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə ənənəvi yürüş təşkil olunub.

Yürüş iştirakçıları mürəkkəb relyef və sərt iqlim şəraitində qabaqcadan müəyyən olunmuş marşrut üzrə hərəkətlərini davam etdirərək təyin olunmuş vaxtda “Heydər zirvəsi”nə qalxıb.

Onlar Ümummilli Liderin barelyefi önündə dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad etdikdən sonra orada Dövlət Bayrağını ucaldıb, DTX-nin adı və emblemi əks olunan plakatı yerləşdiriblər.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...