Türkiyəli iş adamı Acun Ilıcalı daha bir futbol klubu alır.
Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Sloveniyanın “Maribor” klubu ilə danışıqlar aparır.
A.Ilıcalı klub haqqında fikirlərini bildirib:
“Sloveniyada hansı klubun bizə daha uyğun olduğunu araşdırdırdıq. 2 ay düşündükdən sonra “Maribor” olduğuna qərar verdik.
Keçən həftə orada oldum, şəhəri də, stadionu da çox bəyəndim. Hələki danışıqlar davam edir”.
Sözügedən klub ötən il Avropa Konfrans Liqasında “Fənərbaxça”ya 1:6 hesabı ilə məğlub olmuşdu.
İngiltərədə Çempionşipdə mübarizə aparan “Hall Siti” də Acun Ilıcalınındır.