Azərbaycanda 5 gün əvvəl azadlığa çıxan tanınmış idmançı yenidən həbs edildi

30 Aprel 2024 00:50 Hadisə 813
Azərbaycanda 5 gün əvvəl azadlığa çıxan tanınmış idmançı yenidən həbs edildi

Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyevlə birgə həbs edilən, ötən həftə isə polis nəzarəti şərti ilə azadlığa buraxılan Vüqar Kərəmov yenidən həbs edilib.

Sportinfo.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi prokurorun protestini əsaslı hesab edib.

Qərara əsasən, idmançı haqda qətimkan tədbirinin dəyişdirilməsi ləğv edilib.

V.Kərəmov məhkəmə zalında həbs edilib.

Ruslan Əfəndiyev və tələbələri - Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov ictimai yerdə bir nəfər vətəndaşa zor tətbiq edərək xuliqanlıq etməkdə ittiham edilirlər.

Məhkəmənin qərarı ilə R. Əfəndiyev, X. Rüstəmov, V. Kərəmov və R. Əsədov haqda həbs, T. Musayev və M. Məmmədov haqda isə alternativ qətimkan tədbiri seçilib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...