COP29

Mehriban Əliyeva Ülviyyəni təbrik etdi: “Səninlə fəxr edirəm!”

29 Aprel 22:00 Hadisə 833
Mehriban Əliyeva Ülviyyəni təbrik etdi: “Səninlə fəxr edirəm!”

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyevanı Yunanıstanın Rodos adasında təşkil edilən Avropa çempionatında qızıl medal qazanması münasibətilə təbrik edib.

Sportinfo.az xəbər verir ki, Birinci vitse-prezidentin bununla bağlı paylaşımında deyilir:

“Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm! Əməyinə və iradənə görə çox sağ ol! Səninlə fəxr edirəm! Azərbaycana Qələbələr yaraşır!”

Avropa Şahmat İttifaqı tərəfindən qadınlar arasında şəxsi Avropa çempionatı 2000-ci ildən təşkil olunur.

Ülviyyə Fətəliyeva şəxsi qitə çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.

Digər Xəbərlər
Xəbər Lenti