COP29

Delimitasiyaya etiraz edən şəxslər İrəvan-Gümrü yolunu bağladı - Ermənistanda

29 Aprel 15:30 Hadisə 194
Delimitasiyaya etiraz edən şəxslər İrəvan-Gümrü yolunu bağladı - Ermənistanda

Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası barədə əldə olunan razılaşmalara etiraz edən bir qrup şəxs səhər saatlarından etibarən İrəvan-Gümrü yolunu bağlayıb.

Bu haqda “Sputnik Ermənistan” məlumat yayıb.

Aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib.

Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunmuş 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Digər Xəbərlər
Xəbər Lenti