Qəbələdə insident: AFFA nümayəndəsi aranı qatdı, klub rəsmisi araya girdi - VİDEO

28 Aprel 2024 16:05 Hadisə 3 041
Qəbələdə insident: AFFA nümayəndəsi aranı qatdı, klub rəsmisi araya girdi - VİDEO

Premyer Liqanın 32-ci turu çərçivəsində keçirilən "Qəbələ" - "Kəpəz" oyununda insident yaşanıb.

Qarşılaşmanın 25-ci dəqiqəsinə təsadüf edən hadisə yerli azarkeşlərlə AFFA nümayəndəsi Yavər Rəhimov arasında yaşanıb.

Federasiya rəsmisi tribunalar önünə gəlib, öncə azarkeşlərin hakimlərə etiraz etməsinə narazılıq bildirib, davamında onlardan sakit olmalarını tələb edib.

Rəhimovun hərəkətləri fanatları özündən çıxarıb.

Tərəflər arasında böyüyən gərginliyi görüncə komandanın koordinatoru Səbuhi Qarayev məsələyə müdaxilə edib.

Yalnız bundan sonra ara sakitləşib, AFFA nümayəndəsinə etiraz olaraq tribunanı tərk etmək istəyən azarkeşlər yerinə qayıdıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin anlara aşağıdakı linkdə baxa bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...