“Mənə sual verir ki...” - Ağabala qızının pankart açmasından danışdı

22 Aprel 22:40 Hadisə 357
“Mənə sual verir ki...” - Ağabala qızının pankart açmasından danışdı

“Ümumiyyətlə, qızımın ora gələcəyini bilmirdim.

Birdən gözüm pankarta ilişdi, ona baxdım.

Bir anlıq olan hər şey gəldi keçdi gözümün önündən”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “qafqazinfo”ya açıqlamasında “Səbail”in hücumçusu Ağabala Ramazanov deyib.

Futbolçu “Araz-Naxçıvan”a 2:0 qalib gəldikləri matçda qızının “Xoş gəldin, ata” pankartı açmasından danışıb.

Uzunmüddətli zədədən sonra yaşıl meydanlara qayıdan forvard qızının bəzən oyunlara gəldiyini də açıqlayıb: “Allaha şükür edirəm ki, yaşıl meydanlara qayıtdım.

Bayılda keçirilən matçlarda ara-sıra deyirdim, qızımı oyunlara gətirirdilər. Futbolçu ailəsində olduğu üçün qız da olsa, futbola marağı var.

Mənə sual verir ki, ata niyə az oynadın. Deyir ki, istəyirdim “papa”, “papa” qışqırım".

Digər Xəbərlər
Xəbər Lenti