Paşinyan görüşdən qaçır

17 Aprel 18:30 Hadisə 178
Paşinyan görüşdən qaçır

“Ermənistanın Baş naziri Nikol Paşinyan artıq müəyyən müddətdir ki, müxtəlif bəhanələrlə parlamentdə öz fraksiyasından olan deputatlarla görüşü təxirə salır”.

Bu barədə məlumatı Ermənistanın “Joxovurd” qəzeti yayıb.

Qəzet yazır ki, “Vətəndaş müqaviləsi” partiyasının deputatları aprelin 5-də Brüsseldə keçirilən görüşdən sonra Paşinyanın parlamentə gələrək onları narahat edən suallara cavab verəcəyini gözləyiblər:

“Lakin baş nazir hər dəfə məşğul olduğunu bildirərək görüşdən qaçır. Məsələ o yerə çatıb ki, deputatlar fraksiyanın rəhbəri Ayk Koncoryana müraciət edərək ondan Paşinyanla görüş təşkil etməyi istəyiblər. Koncoryan isə cavabında Paşinyanın məşğul olduğunu, lakin yaxın zamanlarda görüşə gələcəyini bildirib”.

Aprelin 5-i Brüsseldə N.Paşinyan, ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen arasında üçtərəfli görüş keçirilib.

Görüş zamanı bildirilib ki, Avropa İttifaqı Ermənistanın inkişafına 270 milyon avro, ABŞ isə 65 milyon dollardan çox vəsait ayıracaq.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 12:40 "Qarabağ" SUSDU