UEFA millimizə məğlubiyyət verdi, AFFA-nı 1500 avro cərimələdi

16 Aprel 2024 17:20 Hadisə 6 469
UEFA millimizə məğlubiyyət verdi, AFFA-nı 1500 avro cərimələdi

UEFA AFFA-nı 1500 avro cərimələyib.

Sportinfo.az xəbər verir ki, "report"un əldə etdiyi məlumata görə, buna ötən il dekabrın 15-də futzal üzrə DÇ-2024-ün elit mərhələsində keçirilmiş Azərbaycan – Rumıniya oyununun nəticəsinin ləğv edilməsi səbəb olub.

Avropa futbol qurumunun Nəzarət, Etika və İntizam Komitəsi sözügedən qarşılaşmaya görə yığmamıza texniki məğlubiyyət vermişdi.

Bu hal komandanın heyətində meydana çıxmaq icazəsi olmayan futzalçıdan istifadəyə görə yaşanıb.

Azərbaycan - Rumıniya görüşü 5:5 hesabı ilə başa çatmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"