Xəzərdə süni torpaq sahələri yaradılacaq - Müraciət qaydası müəyyənləşir

16 Aprel 18:30 Hadisə 208
Xəzərdə süni torpaq sahələri yaradılacaq - Müraciət qaydası müəyyənləşir

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq.

Bu, parlamentdə yeni daxil olan “Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Xəzər dənizinin Azərbaycan hissəsində süni torpaq sahəsinin yaradılması üçün müraciət qaydası müəyyənləşir.

Yeni qanun layihəsinə əsasən, aidiyyəti dövlət orqanları (qurumları), hüquqi və fiziki şəxslər süni torpaq sahəsinin yaradılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edə bilərlər.
Müraciətdə süni torpaq sahəsinin yaradılması üçün ayrılmalı su fondu torpaq sahəsinin yerləşdiyi yer, ölçüsü, süni torpaq sahəsinin yaradılması məqsədi, üzərində inşa ediləcək tikinti obyektlərinin təyinatı və növü, süni torpaq sahəsinin yaradılması və tikinti obyektlərinin inşası ilə bağlı işlərin başa çatma müddəti göstəriləcək.

Müraciətə aşağıdakı sənədlər və məlumatlar əlavə edilməlidir:

- süni torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyəti ilə bağlı “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq müfəssəl planların hazırlanması üçün lisenziyası olan layihəçinin hazırladığı süni torpaq sahəsinin baş planı (ayrılmalı su fondu torpaq sahəsinin yerləşdiyi yer, ölçüsü, yaradılması nəzərdə tutulan süni torpaq sahəsinin forması, sayı, o cümlədən sahilboyu zolaqla bitişik olan süni torpaq sahələrinin sayı və planlaşdırılan sərhədlərin cizgiləri, onların ölçüsü, ərazinin tikinti əmsalı və tikinti sıxlığı əmsalı, inşa ediləcək tikinti obyektlərinin təyinatı, növü və hündürlüyü göstərilməklə);

- “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunda nəzərdə tutulmuş qaydada layihə sənədlərinin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlet ekoloji ekspertizasının rəyi;

Süni torpaq sahəsinin bu Qanunun 3.1-ci maddəsinə uyğun olaraq Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin sahilboyu zolağına bitişik yaradılması və tikinti obyektlərinin süni torpaq sahəsi ilə yanaşı həmçinin sahilboyu zolaqda tikintisi nəzərdə tutulduğu hallarda bu Qanunun 4.2-ci maddəsində göstərilən müraciətdə həmçinin bu məqsəd üçün ayrılmalı olan sahilboyu zolağın altında olan torpaq sahəsinin ölçüsü göstərilməlidir. Bu zaman bu Qanunun 4.3.1-ci maddəsində nəzərdə tutulan baş planda göstərilən məlumatlarda həmçinin sahilboyu zolaqda yerləşən torpaq sahəsi haqqında məlumatlar da əks edilməlidir.

Müraciətdə və ona əlavə olunan sənədlərdə (məlumatlarda) aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, müraciət daxil olduğu gündən 2 iş günündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) onların aradan qaldırılması barədə məlumatı yazılı, o cümlədən elektron qaydada müraciət edənə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar sifarişçiyə eyni zamanda bildirilməlidir.

Sifarişçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan en geci 20 iş günü müddətində aradan qaldırmalıdır. Bu müddət ərzində çatışmazlıqlar aradan qaldırılmadıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sifarişçini yazılı, o cümlədən elektron qaydada 2 (iş) günü müddətində məlumatlandırmaqla müraciətin baxılmamış saxlanılması barədə qərar qəbul edəcək.

Sifarişçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təkrar müraciət edə bilər.

Müraciətdə və ona əlavə olunan sənədlərdə (məlumatlarda) çatışmazlıqlar aşkar edilmədikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aşağıdakıları yerinə yetirir:

- müraciətə əlavə olunmuş süni torpaq sahəsinin baş planının ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğun olub- olmaması barədə ən geci 15 iş günü müddətində rəy verilməsini,

Nəzərdə tutulan rəy müsbət olduğu təqdirdə 2 iş günü müddətində süni torpaq sahəsinin yaradılması üçün ayrılmalı su fondu torpaq sahəsinin yerləşdiyi yeri, onun ölçülərini, sərhədlərini, habelə döngə nöqtələrinin koordinatlarını, yaradılması başa çatdıqdan sonra süni torpaq sahəsinin aid ediləcəyi kateqoriyası və məqsədli təyinatı haqqında qeydlərini əks etdirən yerquruluşu planının sifarişçinin vəsaiti hesabına hazırlanması və ayrılmalı su fondu torpaq sahəsinə, eləcə də yaradılması nəzərdə tutulan süni torpaq sahesinə hesablanan icarə haqqının məbləği haqqında arayış verilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) sorğu göndərilməsini, sorğuya barəsində müsbət rəy verilmiş süni torpaq sahəsinin baş planının sürəti əlavə olunur, habelə sorğuda planlaşdırılan tikinti obyektlərinin təyinatı və növündən asılı olaraq yaradılması başa çatdıqdan sonra süni torpaq sahəsinin aid ediləcəyi kateqoriyası və məqsədli təyinatı barədə təklif göstərilir;

- bu Qanunun 4.6.2-ci maddəsində nəzərdə tutulan yerquruluşu planı təqdim olunduğu gündən 2 (iki) iş günü müddətində süni torpaq sahəsinin yaradılması üçün ayrılması nəzərdə tutulan su fondu torpaq sahəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq sifarişçinin vəsaiti hesabına aparılan mühəndis-axtarış işlərinin nəticələrinə dair texniki hesabatın hazırlanmasının təşkilini və həmin hesabata dair rəy verilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) sorğu göndərilməsini;

- bu Qanunun 4.6.1-ci və 4.6.3-cü maddələrində nəzərdə tutulan rayler müsbət olduğu təqdirdə sonuncu rəy təqdim olunduğu gündən 2 (iki) iş günü müddətində süni torpaq sahəsinin yaradılması təklifi ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəy bildirilməsi üçün sorğu göndərilməsini.

Bu Qanunun 4.6.4-cü maddəsində nəzərdə tutulan rəy ən geci 1 ay müddətində bildirilməlidir. Bu müddət ərzində rəy bildirilmədikdə, müsbət rəy verilmiş hesab olunur.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 4.7-ci maddəsinə əsasən rəy bildirildiyi və ya bildirilmiş hesab olunduğu gündən ən geci 5 iş günü müddətində həmin müraciəti bu Qanunun 4.3.1-ci. 4.3.2-cl, 4.6.1-4.6.4-cü maddələrində göstərilən sənədlərlə birlikdə baxılmaq üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.

Digər Xəbərlər
Xəbər Lenti