Tanınmış futbolçunun keçmiş xanımı niyə intihara cəhd etdi? - FOTO

16 Aprel 2024 10:00 Hadisə 589
Tanınmış futbolçunun keçmiş xanımı niyə intihara cəhd etdi? - FOTO

Türkiyəli sabiq futbolçu Emre Aşığın keçmiş həyat yoldaşı Yağmur Sarnıç intihara cəhd edib.

Sportinfo.az xəbər verir ki, Yağmur Sarnıç sosial media hesabında paylaşım edərək uşaqlarını görə bilmədiyi üçün intihar edəcəyini açıqlayıb.

Onun Beylikdüzü Kavaklı səmtindəki evinə gedən polis qrupları qadının həddindən artıq antidepresant dərman qəbul edərək intihara cəhd etdiyini müəyyənləşdirib.

Hadisə yerinə gələn tibb qruplarının göstərdiyi ilk tibbi yardımdan sonra Sarnıç ehtiyat tədbiri olaraq Beylikdüzü Dövlət Xəstəxanasına aparılıb.

Yağmur Sarnıçın həyatının təhlükədə olmadığı açıqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM