Qırmızı geyim, qırmızı işıq və qırmızı adamlar

16 Aprel 2024 02:30 Hadisə 677
Qırmızı geyim, qırmızı işıq və qırmızı adamlar

1947-ci ildən 2022-ci ilə qədər İngiltərə liqasında qırmızı forma geyinən komandaların ev oyunlarında daha uğurlu olması ilə bağlı statistika çıxarılıb.

Digər liqalara baxdıqda yenə eyni faktorlar önə çıxır və həmin fakt yenidən təsdiqlənib.

Qırmızı rəngin rəqabət tələb edən anlarda performansı artırdığı bildirilir. İkinci uğurlu rəng sarıdır.

Son 55 ildə qırmızı geyinən futbol komandaları ev oyunlarında daha uğurlu nəticə göstəriblər. Bu məsələ təkcə futbol kimi komanda oyunlarında yox, fərdi yarışlarda da öz təsdiqini tapır.

Məsələn, qırmızı işıqda dayanmayan maşınlarımız bu fərdi yarışa nümunədir. Qırmızı görən kimi rəqabət hissləri oyanır.

Motodor öküzə qırmızı göstərəndə öküzün cuşa gəldiyi kimi. Bəli, sarı rəng də qırmızı qədər rəqabətli rəngdir.

Eynilə sarı işıq da sürücülərimizin olmazsa olmazıdır.

Emin

Digər Xəbərlər
Xəbər Lenti
17 Dekabr 18:10 Çək və bizə göndər!
17 Dekabr 03:50 Tanınmışlar Xankəndidə
17 Dekabr 03:40 Növbəti təyinat aldı