Ronaldo dirsək atdı, meydandan qovuldu – QALMAQALLI VİDEO

10 Aprel 2024 00:10 Hadisə 538
Ronaldo dirsək atdı, meydandan qovuldu – QALMAQALLI VİDEO

“Əl-Nəsr”in ulduzu Kriştiano Ronaldo Əl-Hilal” ilə keçirilən oyunda meydandan qovulub.

Sportinfo.az xəbər verir ki, buna səbəb ulduz futbolçunun rəqibinə dirsəklə vurması olub. Nəticədə tərəflər arasında qalmaqal yaranıb.

Belə ki, Ronaldo bu hərəkətinə görə qırmızı vərəqə alıb və meydanı tərk edib. Portuqaliyalı superulduz referinin qərarını istehza ilə alqışlayıb.

“Əl-Nəsr”in baş məşqçisi Luiş Kaştru oyundan sonra keçirilən mətbuat konfransında sözügedən epizod haqqında danışıb:

“Rəqib sifətinə vurulan zərbədən şikayətlənib. Mən təkrar epizoda baxdım. Futbolçunun üzünə hər hansı təmas olmayıb. Düşünürəm ki, hakim rəqibin teatral davranışına görə qırmızı vərəqə verdi”.

“Əl-Hilal”ın baş məşqçisi Jorze Jezuş da Ronaldonun qırmızı vərəqə almasına münasibət bildirib:

“O, dünyanın ən vacib oyunçularından biridir və çoxlarına nümunədir. Lakin uduzmağı sevmir. Ona görə də uduzanda başını və oyuna diqqətini itirir”.

Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinalında “Əl-Hilal” “Əl-Nəsr”ə 2:1 hesabı ilə qalib gələrək finala yüksəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!
25 Aprel 03:20 İslam 11:1-lə finalda!