Avtomobildə siqaret çəkən xanım idmançı az qala diri-diri yanacaqdı - FOTO

17 Mart 2024 04:00 Hadisə 1 050
Avtomobildə siqaret çəkən xanım idmançı az qala diri-diri yanacaqdı - FOTO

Ryazan vilayətinin Bodibildinq Federasiyasının prezidenti, eləcə də bu idman növü üzrə dünya, Avropa və Rusiyanın mütləq çempionu Olqa Boqrunova ağır yaralanıb.

Sportinfo.az xəbər verir ki, o, üz, boyun və qol nahiyəsində yanıq xəsarətləri aldığı üçün reanimasiyaya yerləşdirilib.

Bu, Borqunovanın səhlənkarlığı ucbatından baş verib. 41 yaşlı qadın idmançı siqaret çəkərkən, güclü küləyin təsiri ilə köz qadının saçlarına tökülüv və alışaraq yayılıb.

Hadisə yerinə təcili tibbi yardım əməkdaşları cəlb olunub. Olqa Sklifosovski Elmi-Tədqiqat İnstitutuna yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.

Faciə baş verən zaman idmançı avtomobil idarə edirmiş.

Ольга Богрунова

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!
25 Aprel 03:20 İslam 11:1-lə finalda!