“İdman müəllimimiz qızların soyunma otağına girirdi” - Günel Musa

17 Mart 03:00 Hadisə 2 040
“İdman müəllimimiz qızların soyunma otağına girirdi” - Günel Musa

Jurnalist Günel Musa bitmək bilməyəm müəllim-şagird və məktəb mövzusu ilə bağlı sosial şəbəkə hesabında geniş fikir bildirib.

Sportinfo.az xəbər verir ki, jutnalist bir valideyn kimi mövcud durumdan narahat olduğunu qeyd edib.

O, hər kəsi yaranmış vəziyyətin alternativ yolunu tapmağa səsləyir:

“Mənim məktəbli olduğum illərdə sosial şəbəkələr, smartfon telefonlar yox idi. Yaxsı yadımdadı o vaxt məktəbimizdə 10-cu sinifdə oxuyan qız 11-ci sinifdə oxuyan oğlandan hamilə qalmışdı.

Qızın anası bağçada müdirə, atası da cərrah idi. "Kişi müəllimləri məktəblərə qaytarın " şüvənliyi edənlər elə bilir ki, kişi müəllimlər gələndə her şey gül açacaq.

Yenə bizim dövrümüzdə dəhsetli bir hadisə: yaxınlıqdakı məktəblərdən birində tarix müəlliminin yanında hazırlığa qalan 8- ci sinif şagirdinə cinsi zorakılıq tətbiq etmişdi.Bizim məktəbdə kişi müəllimlər var idi qızlara pis gözlə baxirdılar.

Əlləşdirmək üçün fürsət gəzirdilər. Bir idman müəllimimiz var idi qızların soyunma otağına girirdi qəfil. Ona görə heç vaxt soyunma otağından istifadə etmirdim.

Kişı müəllimlərin hamısının əxlaqından, psixologiyasından nə qədər əminik. Mən şəxsən əmin deyiləm.

Kim zəmanət verir buna?! Kişi müəllimlər peyğəmbərdirmi ki, gəlib nizamı oturtsun. Müasir problemlərin müassir də həlli yolları tapılmalıdır”.

Digər Xəbərlər
Xəbər Lenti