Bu müğənnini hansı klub reklam edəcək? - FOTOLAR

17 Mart 2024 02:30 Hadisə 767
Bu müğənnini hansı klub reklam edəcək? - FOTOLAR

"Barselona" formasında daha bir müğənnini reklam edəcək.

Sportinfo.az xəbər verir ki, kataloniya klubunun formasında Karol G-nin loqosu əks olunacaq.

O, musiqiləri "Spotify"də ayda 50 milyondan çox yayıma malik olan kolumbiyalı müğənnidir. 2023-cü ildə portalda ən çox dinlənən ifaçıların onluğuna daxil olub.

"Diario Sport"un məlumatına görə, Karol G-nin loqosu tikanlı ürək formasında olacaq. Müğənninin əlində də belə döymə var.

Bu, onun 2021-ci ildə üzləşdiyi çətinlikləri simvollaşdırmasından sonra ortaya çıxıb. Kolumbiyalı xanım jurnalistlər və ətrafındakı insanlarla problemlər yaşayıb və sevgilisindən ayrılıb.

Loqo əvvəlki hallarda olduğu kimi, "Barselona"nın formasının önündə yerləşdiriləcək. Karol G loqosu olan köynəklər klubun yaranma tarixinin şərəfinə məhdud sayda - 1899 ədəd satışa buraxılacaq.

Karol G Dreyk, Rosalía və "The Rolling Stones"dan sonra "Spotify" ilə əməkdaşlıq çərçivəsində "Barselona" formasında loqosu görünəcək dördüncü müğənni olacaq.

Karol G Talks Reclaiming Her 'Space' and Upcoming Bitchota Tour

Karol G Is The First Woman With A Spanish Album At No.1

5 things to know about Karol G before her historic Gillette concert

Karol G Concert Tickets, 2024 Tour Dates & Locations | SeatGeek

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!
25 Aprel 03:20 İslam 11:1-lə finalda!