Azərbaycanın tanınmış simaları “Qarabağ”ın oyunundan nələr yazdı?

17 Mart 00:40 Hadisə 425
Azərbaycanın tanınmış simaları “Qarabağ”ın oyunundan nələr yazdı?

Avropa Liqasında 1/8 finalın cavab oyunu keçirilib. “Qarabağ”la Bayer 04”ün qarşılaşması 2:3 hesabı ilə almanların qalibiyyətilə yekunlaşıb.

Azərbaycanın tanınmış ictimai xadimləri, millət vəkilləri, jurnalistlər və başqaları “Qarabağ”a dəstək olmaq üçün paylaşımlar ediblər.

RAUF.jpg (269 KB)

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu feysbuk hesabında hakimin ədalətsiz qərar verdiyini yazıb:

“Qırmızı yox idi: Hakimin ədalətsizliyi “Qarabağ”ın qələbəsini “Bayer 04”ə verdi... Amma yenə də, halal olsun “Qarabağ”!!!

Stadiondan video paylaşan Rauf Arifoğlu əlavə edib: “O stadiondan - Leverkuzendən möhtəşəm görüntülər! “Qarabağ”ın azarkeşləri komandalarının yanında! “Qarabağ” şüarları və 2:0 üstünlüyümüz (o anda) soydaşlarımızı coşdurub! Hətta bu keçici anlar, o ümid, o mənzərə, o rəqəmlər üçün təşəkkür, “Qarabağ”!”

zahid esas.jpg (176 KB)

Millət vəkili Zahid Oruc yazıb: “Gərgin, son dəqiqəyə qədər mübarizə edib məğlub olmaq asan və ədalətsiz qələbədən yaxşıdır. Təşəkkürlər, Qurban! Təşəkkürlər, “Qarabağ”!”

NATİQ.jpg (30 KB)

ReAL partiyasının siyasi komitəsinin üzvü Natiq Cəfərli də “köhlən atlar”ın məşqçisinə təşəkkür edib: “Qurban Qurbanova, “Qarabağ”a dərin təşəkkür düşür, halal olsun, möhtəşəmdirlər, onların ölkənin pozitiv tanıtımına verdiyi xeyri illərdir hökumət on milyonlarla büdcə puluna edə bilməyib. Eşq!”

TURAL ABBASLİ.jpg (59 KB)

Ağ Partiyanın sədri Tural Abbaslı isə hisslərini belə ifadə edib:

““Qarabağ” klubu bu gün qələbəyə bərabər məğlubiyyət yaşadı. “Qarabağ”ın oyununa təşəkkür və təbrik düşür. Hər zaman səninləyik, “Qarabağ”!”

CİRAQ.jpg (51 KB)

Politoloq Fuad Çıraqov isə yazıb:

“Futboldan anlamıram, maraqlanmıram, ancaq xüsusi tarixi oyunlara baxmışam. Futbolda çox şeyi anlamasam da, bəzi məsələlər və qanunauyğunluqlar var ki, mənə görə, universaldır və hər sahə üçün keçərlidir. Əsas odur ki, uğurlar təsadüfi, birdəfəlik və qığılcımlıq deyil, davamlı, dayanıqlı, qanunauyğun və sistemli olsun. Qalibiyyət və uğur deyil, uğursuzluq təəccübləndirməli, təsadüf olmalıdır. Bu mənada əsas odur ki, “Qarabağ” komandası son illərdə oyunları ilə davamlı olaraq uğurdan uğura irəliləyirdi, bunun artıq qanunauyğunluğa və sistemə çevriləcəyini də demək olar. Əsas bunlardır, ona görə də “Qarabağ” komandasını təbrik edirəm! “Qarabağ”ın əldə etdikləri tam sistemləşsə, onu finallarda da görəcəyimizə inanıram. Arzu edirəm bütün uğurlarımız dayanıqlı, davamlı və qanunauyğun olsun!”

ZAMİQ.jpg (92 KB)

Müğənni Zamiq Hüseynov isə qırmızı kartı gülünc adlandırıb:

“Ağlım kəsəndən futbol azarkeşiyəm. Bu gün “Qarabağ”a olan haqsızlıq heç vaxt qarşıma çıxmayıb. Aldığımız qırmızı kart gülünc idi. İnanıram ki, bütün dünya hakimə güldü. 7-ci dəqiqədə vurulan qol inanılmaz dərəcədə haqsız idi. Fəxr edirəm ki, “Qarabağ” klubu Almaniya çempionatında zirvədə olan Leverkuzenin “dizini yerə qoydu”. Qurban Qurbanov, biz sizinlə fəxr edirik! Bu sevinci bizə yaşatdığınız üçün təşəkkür edirik. Dünyaya sübut etdiniz ki, “Qarabağ” böyük klubdur”.

Nigar HƏSƏNLİ

Digər Xəbərlər
Xəbər Lenti