Futbolumuzun ehtiyac duyduğu əcnəbi Azərbaycana qayıtdı - FOTO

16 Mart 2024 23:00 Hadisə 6 331
Futbolumuzun ehtiyac duyduğu əcnəbi Azərbaycana qayıtdı - FOTO

Azərbaycan klublarına yaxşı tanış olan mütəxəssis Azərbaycana qayıdıb.

İngiltərəli ot mütəxəssisi Filip Şarples fəaliyyətini yenidən ölkəmizdə davam etdirəcək.

Buna qədər Qətərdə işləyən, 2022-ci ildə bu ölkədə keçirilən dünya çempionatı zamanı oradakı meydançaların vəziyyətinə cavabdehlik daşıyan Şarples Azərbaycana qayıtdığını sosial şəbəkə hesabında bildirib.

Maraq üçün bildirək ki, ingiltərəli mütəxəssis öncəki dönəmdə ölkəmizdə çalışdığı illər ərzində Respublika stadionu, Qəbələ şəhər stadionu və digər arenaların ot örtüyünə qulluq edib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"