Qarabağdakı sülhməramlılar səs verdi - VİDEO+FOTO

15 Mart 2024 12:10 Hadisə 646
Qarabağdakı sülhməramlılar səs verdi - VİDEO+FOTO

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən rusiyalı sülhməramlılar Rusiyada keçiriləcək prezident seçkiləri ilə bağlı vaxtından əvvəl səs veriblər.

Bu barədə məlumatı Rusiyanın Azərbaycandakı Səfirliyi öz “X” hesabında paylaşıb.

Seçki martın 11-13-ü Səfirlik əməkdaşları tərəfindən sülhməramlıların dislokasiya olduğu ərazilərdə səyyar qaydada təşkil edilib.

“Göstərilən yardıma görə Azərbaycan hakimiyyətinə minnətdarlığımızı bildiririk”, - deyə məlumatda qeyd olunub.

Rusiyada prezident seçkiləri martın 17-də baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"