AFFA adamlarını Portuqaliyaya yola saldı

14 Mart 04:00 Hadisə 464
AFFA adamlarını Portuqaliyaya yola saldı

AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşek və Hakimlər Departamentinin fitnes məşqçisi Namiq Quliyev martın 12-dən 13-dək UEFA tərəfindən Portuqaliyanın Lissabon şəhərində təşkil olunan seminarda iştirak edirlər.

Sportinfo.az AFFA-ya istinadən xəbər verir ki, texniki təlimatçılar üçün keçirilən kurslarda aşağıdakı mövzular müzakirə olunur:

• Oyun Qaydalarının vahid və ardıcıl yozumuna və tətbiqinə nail olmaq
• UEFA-nın yeni tədris materiallarını qəbul etmək və onlarla tanış olmaq
• UEFA hakim təlimatçıları şəbəkəsini gücləndirməyə davam etmək

Kursun proqramı üç əsas hissədən ibarətdir:

• UEFA-nın yeni tədris materialının təqdimatı
• Ölkədaxili yarışların iştirakçıları tərəfindən videokliplərin müzakirəsi
• VAR spesifik mövzularının müzakirəsi

Fitnes məşqçilər üçün kursun proqram və məqsədləri:

• Fitnes testi prosedurlarının nəzərdən keçirilməsi və yenilənməsi
• Hakim Konvensiyasının Yeniləmələri
• AVRO-2024 üçün fiziki gözləntilər
• 'chatgpt' istifadə etməyin müsbət və mənfi cəhətləri
• İnteqrasiya edilmiş Hakim Təlim sessiyaları
• UEFA20 Nümayişləri haqqında yenilik
• Avropa üzrə hakim fitnes təlimatçıları ilə "ən yaxşı təcrübələri"nin paylaşılması

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!