Əziz Əfran İsmayılov, "Bayer" ona görə böyük görünür ki...

12 Mart 2024 04:00 Hadisə 3 670
Əziz Əfran İsmayılov, "Bayer" ona görə böyük görünür ki...

Əfran İsmayılovun bir açıqlamasını oxudum.

“Bayer”i gözümüzdə elə böyütmüşük ki, sanki başqa dünyadandılar.

Düzdür, bu mövsüm əla oynayırlar. Amma futbolda şans həmişə var.

Futbolçunun "gözümüzdə böyütmək" məsələsi diqqətimi çəkdi.

Əziz Əfran, "Bayer" olmasın, olsun "Liverpul", yaxud da hansısa xarici klub. Bu klubları gözündə böyüdən biz deyilik, sizsiniz və Azərbaycan futboludur.

Nöşün? Oşün ki, millimizin oyunlarına baxanda "Lixtenşteyn" kimi cırtdan da bizim üçün div görünürdü, görünür və bəlkə də hələ bir xeyli də görünəcək.

Onları bizim gözümüzdə kiçildən, yaxud da olduğu ölçüdə saxlayan sizin oyunlarınızdır. Bugün "Qarabağ" "Braqa"ya qalib gəldisə, biz "Braqa"nı öz ölçüsündə də qəbul etdik. Nə böyütdük, nə də kiçiltdik.

O səbəbdəndir ki, biz illərdir Türkiyə klublarına azarkeşlik edirdik. Çünki bu böyüklərin arasına çıxan türk klubları olurdu. Çempionlar liqasının yarımfinalına qədər gələn bir türk klubuna nəinki türklər, heç avropalılar da kiçik baxmır.

Bəli, əsas məsələ oyundur. Heç kim heçnədən öz gözündə kimisə, nəyisə böyütmür. "Bayer" ona görə böyük görünür ki, biz o səddi aşa bilməmişik

Biz də inanırıq ki, "Qarabağ" almanların bizim gözümüzdəki həddən ziyadə böyüklüyünü bir az da olsa, kiçildə biləcək.

Eminquey yazır

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!
25 Aprel 03:20 İslam 11:1-lə finalda!