Çempionu küçənin ortasında güllələyərək öldürdülər - FOTO

12 Mart 2024 02:30 Hadisə 505
Çempionu küçənin ortasında güllələyərək öldürdülər - FOTO

Boks üzrə Avropa çempionu Besar Nimani güllələnərək öldürülüb.

Sportinfo.az xəbər verir ki, hadisə Almaniyanın Bilefeld şəhərində baş verib.

38 yaşlı sabiq boksçu bərbərdən çıxdıqdan sonra evinə gedərkən şəhərin mərkəzində silahlı toqquşma zamanı aldığı xəsarət nəticəsində ölüb. Polis araşdırmalara başlasa da, hələ ki, heç bir şübhəli saxlanılmayıb.

Nimani 2013-cü ildə də silahlı hücuma məruz qalmışdı.

Kosovo vətəndaşı olan Besar Nimani 1997-ci ildə Almaniyaya köçüb. Boksçu Avropa çempionu titulunu və Beynəlxalq Boks Federasiyasının qitələrarası kəmərini qazanıb. Nimani 2019-cu ildə karyerasını bitirib.

almaniyada-avropa-cempionu-gullelenerek-olduruldu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!
25 Aprel 03:20 İslam 11:1-lə finalda!