“Paxıldır” - Əhmədin 10 il öncə bıçaqladığı idmançının anasından ŞOK SÖZLƏR!

11 Mart 23:20 Hadisə 448
“Paxıldır” - Əhmədin 10 il öncə bıçaqladığı idmançının anasından ŞOK SÖZLƏR!

Əhməd məktəb illərində həmyaşıdına 18 bıçaq zərbəsi vurub.

Sportinfo.az xəbər verir ki, bu barədə Space TV-də yayımlanan “Gəl, danış” verilişində Aynur adlı xanım deyib.

Qadın oğluna Əhməd Əhmədovun məktəb illərində xəsarət yetirdiyini bildirib:

“Oğlum yarışlarda iştirak edirdi. İdman yarışlarında medalları var. Hətta yarış üçün xarici ölkəyə təyyarə bileti almışdı.

Səhər məktəbdə uşaqlarla görüşməyə gedəndə Əhməd uşağı sinifdən çıxarıb. Getdiyi yerdə birdən beşbarmağı çıxarıb iki dəfə uşağımın kürəyindən vurub.

Daha sonra 18 bıçaq zərbəsi endirərək oğlumu xəstəxanalıq edib. O zaman polisə müraciət etsək də, adamımız olmadığı üçün iş yarımçıq qaldı.

Anası direktor, atasının isə Moskvada restoranları var idi. Bu uşaq paxıl, özbaşına, xain idi.

İstəyirdi ki, hər şey onun olsun. Nahaq qan yerdə qalmadı. Hazırda oğlum yaxşıdır. Amma yarışlarında iştirak edə bilmir”.

Qeyd edək ki, fevralın 13-də paytaxtın Xətai rayonunda 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Bikə Bədəl qızı Əhmədovanı, qardaşı - 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bacısı - 1997-ci il təvəllüdlü Elmira Mehman qızı Əhmədova və onun azyaşlı övladını qətlə yetirib.

Əhmədin 15 yaşında olarkən 30 bıçaq zərbəsi ilə həmyaşıdını öldürdüyü ilə də bağlı məlumat yayılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!