"Qarabağ"a görə bu yollarda məhdudiyyət tətbiq edildi

7 Mart 2024 22:10 Hadisə 567
"Qarabağ"a görə bu yollarda məhdudiyyət tətbiq edildi

«Qarabağ» və «Bayer» arasında Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Avropa Liqasının 1/8 final qarşılaşmması ilə əlaqədar olaraq bəzi yollarda məhdudiyyət tətbiq edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qeyd olunub ki, Molla Pənah Vaqif və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsindən “Gənclik” m/st. istiqamətində, Əhməd bəy Ağaoğlu küçəsi, Tofiq Bəhrəmov adına stadionun qarşısında, Fətəli Xan Xoyski prospekti ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsindən “Gənclik” m/st. istiqamətində, Nəsib bəy Yusifbəyli və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsindən “Gənclik” m/st. istiqamətində məhdudiyyət tətbiq edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!
25 Aprel 03:20 İslam 11:1-lə finalda!