Xabi Alonso azərbaycanlı jurnalistin sualına elə cavab verdi ki…

7 Mart 2024 03:10 Hadisə 12 781
Xabi Alonso azərbaycanlı jurnalistin sualına elə cavab verdi ki…

"Bayer"in baş məşqçisi Xabi Alonso "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovdan danışıb.

Sportinfo.az xəbər verir ki, o, bu gün keçirilən mətbuat konfransında həmkarı barədə fikirlərini bildirib.

Azərbaycanlı jurnalist tədbirdə X.Alonsoya belə bir sual ünvanlayıb:

"Yanvarın sonunda Qurban Qurbanov sizin klubun qonağı oldu. Əgər bilsəydiniz ki, "Qarabağ" sizinlə yenidən düşəcək, Qurbanovu qəbul edərdinizmi?" sualı ispaniyalı mütəxəssisdə təbəssüm yaradıb.

X.Alonso cavabında deyib: "O, yaxşı məşqçidir. İstənilən halda onu böyük məmnuniyyətlə qəbul edərdik.

Yaxşı söhbətlərimiz oldu. Aramızda heç bir sirr yox idi. Bizim bir-birimizdən gizlədəcəyimiz heç nə yoxdur".

Bu mövsüm Avropa Liqasının qrup mərhələsində qarşılaşmış "Qarabağ"la "Bayer" martın 7-də sabah Bakıda həmin yarışın 1/8 finalında da üz-üzə gələcəklər.

Bu komandalar arasında cavab görüşü martın 14-ü Leverkuzendə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"