Ona “Xarı Bülbül” nişanının verilməsindən danışdı - VİDEO

6 Mart 2024 21:50 Hadisə 632
Ona “Xarı Bülbül” nişanının verilməsindən danışdı - VİDEO

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Soçidə keçirilən Ümumdünya Gənclər Festivalı çərçivəsində Azərbaycan nümayəndə heyəti üzvünün ona “Xarı Bülbül” döş nişanını hədiyyə etməsinə münasibət bildirib.

Zaxarova bu barədə bu gün keçirdiyi həftəlik brifinqdə danışıb.

O, sözügedən nişanın hədiyyə edilməsi məsələsinin siyasiləşdirilməməsinə çağırış edib və bu məsələnin sosial şəbəkələrdə səs-küyə səbəb olmasını təxribat adlandırıb.

Onun sözlərinə görə, müxtəlif ölkələrin nümayəndə heyətlərindən üzərində öz simvolları olan çox sayda hədiyyələr alıb:

“Bu o demək deyil ki, hər şeyi siyasiləşdirmək lazımdır. Hansısa fikirlə razıyam, nə isə barədə ilk dəfə eşidirəm, nə iləsə razılaşmaya bilərəm. İnsanlar onları narahat edən məsələlər barədə danışırlar.

İnsanların onlar üçün vacib olan simvolları hədiyyə etməsi tamamilə normal hadisədir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!
25 Aprel 03:20 İslam 11:1-lə finalda!