Hökumət göstəriş verdi, Xankəndidə bu yerlərin söküntüsü başladı - FOTOLAR

6 Mart 2024 12:30 Hadisə 665
Hökumət göstəriş verdi, Xankəndidə bu yerlərin söküntüsü başladı - FOTOLAR

Xunta rejiminin işğal dövründə Xankəndidə inşa etdiyi binaların sökülməsinə başlanılıb.

Ermənistan silahlı qüvvələrinin və separatçıların 30 ilə yaxın işğalda saxladıqları ərazilərdə törətdikləri vandalizm aktlarının aradan qaldırılması istiqamətində Azərbaycan Hökuməti tərəfindən atılan addımların bir hissəsini oxuculara fotolarla təqdim edir.

Separatçı xunta rejiminin Xankəndi şəhərində 1994-cü ildə inşa etdiyi və 2009-cu ildə yenidənqurma işləri apardığı “parlament binası”nın Azərbaycan Hökumətinin göstərişinə əsasən sökülməsinə başlanılıb.

Üçmərtəbəli, sahəsi 1350 kvadratmetr olan binada qondarma rejimin 33 “deputat”ı fəaliyyət göstərdikləri dövrdə separatçıların mənfur siyasətini dəstəkləyiblər.








Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!
25 Aprel 03:20 İslam 11:1-lə finalda!