"Neftçi" və "Qarabağ"ın iştirakı ilə “Uşaqlar Nəfəsimizdir” layihəsi icra olundu - VİDEO+FOTOLAR

5 Mart 2024 02:00 Hadisə 735
"Neftçi" və "Qarabağ"ın iştirakı ilə “Uşaqlar Nəfəsimizdir” layihəsi icra olundu - VİDEO+FOTOLAR

Azərbaycan derbisində Peşəkar Futbol Liqası və Nəfəs Psixi Sağlamlıq Akademiyasının təşkilatçılığı ilə sosial idman layihəsi baş tutub.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, belə ki klublar meydançaya “Uşaqlar Nəfəsimizdir” devizi altında psixonevroloji narahatlıqları olan uşaqlarla çıxıblar.

Psixi narahatlıqların ümidsizlik, hər şeyin sonu olmadığını təbliğ edən layihəyə “Neftçi” və “Qarabağ” da dəstək olub.

Dünyada futbolun populyarlığından istifadə edən layihə iştirakçıları gələcəyimiz olan uşaqlara bütün narahatlıqlar, çətinliklər üzərində qələbə arzulayıb, onlara həyatlarında xoşbəxtliklər diləyiblər.

Nəfəs Psixi Sağlamlıq Akademiyası psixiatriyanı insanlara tanıdaraq, faydalarından yararlanmağı təmin edir. Hədəfi xidmətləriylə ölkədə psixologiyanın inkişafında rol oynamaq, insanların həyat keyfiyyətini artırmaq olan akademiyanın əlaqə nömrələri və ünvanı aşağıdakı kimidir:

Telefon: 0519841222 0504451222

Ünvan: 6-cı Mikrorayon, Qəzənfər Musabəyov küçəsi 4



























































Digər Xəbərlər
Xəbər Lenti