Premyer Liqanın 25-ci turu çərçivəsində “Qəbələ”doğma meydanda “Səbail”i qəbul edib.
Gərginliyi ilə seçilən oyunun ilk hissəsində meydan sahibləri qonaqların qapısından 2 cavabsız top keçirib.
Lakin ilk hissənin sonlarına yaxın Lukas Afriko gərəksiz vəziyyətdə qırmızı vərəqə almaqla komandasını çətin vəziyyətə salıb.
Braziliyalının növbəti dəfə meydandan qovulması “Qəbələ”nin fəal azarkeşlərini özündən çıxarıb Lakin heç də hamısını yox.
Belə ki, Lukas meydanın kənarı ilə paltardəyişmə otağına yollanarkən mərkəzi sektorda yer alan bir qrup futbolsevər onu alqışlayıb. Müdafiəçi tribunalara eyni üsulla cavab verib.
Sürəkli alqış sədalarını eşidən Elvin adlı qatı “Qəbələ” fanatı üzünü azarkeşlərə tutaraq onlara kəskin etirazını bildirib:
“Nədir, niyə alqışlayırsınız? Qol vurub məgər? “Qırmızı” alıb komandanı pis vəziyyətdə qoyub, əl çalırsınız”.
Fanatın hər kəsin eşidəcəyi tərzdə etdiyi irada maraqlı cavab gəlib:
“Əcəb edirik, səndən soruşmayacağıq ki. Komandanın futbolçusudur, alqışlayırıq”.
Drammatikliyi ilə seçilən oyun 3:2 hesabı ilə "Səbail"in xeyrinə başa çatıb.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

