"Bu, hökmdür, ancaq pul cəzasıdır, məni qane etmir"

2 Mart 2024 03:40 Hadisə 799
"Bu, hökmdür, ancaq pul cəzasıdır, məni qane etmir"

İtalyan jurnalist Fabritsio Karonanın Vanda Nara ilə bağlı xəbəri ona problem yaradıb.

Sportinfo.az xəbər verir ki, məhkəmə Karonanın Vanda Nara, Mauro İkardi və Marselo Brozoviçə təzminat ödəməsi barədə qərar qəbul edib.

Buna səbəb italyan jurnalistin son illərdə Vanda Naranın İkardiyə xəyanət edib Marselo Brozoviçlə münasibət yaşadığını yazması olub. Sözügedən xəbərdən sonra Nara, İkardi və Brozoviç ona qarşı iddia qaldırıb.

Bir müddətdir davam edən məsələ ilə bağlı nəhayət qərar verilib. Jurnalist sözügedən şəxslərə təzminat ödəməyə məcbur edilib.

İtalyan jurnalist İkardi və Naraya 7500, Brozoviçə isə beş min avro təzminat ödəməli olacaq. Digər tərəfdən Karona əlavə 1500 avro cərimələnib.

Yayda "İnter"dən Səudiyyə Ərəbistanı klubu "Al-Nassr"a keçən Brozoviçin vəkili açıqlamasında,

Hökm bizi qane edir, ona da müvəqqəti təzminat ödəmək tapşırılıb və biz sonradan mülki işlərdə təzminat tələb etmək hüququnu özümüzdə saxlayırıq”.

Karonanı müdafiə edən vəkil isə "1500 avro cərimədən danışırıq. Bu, hökmdür, ancaq pul cəzasıdır. Məni qane etmir, lakin apellyasiya şikayəti versək də, cərimə yaxşı şeydir".

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"