COP29

Qarabağda şəhid olan Samir Sadıqovun övladı doğuldu - FOTOLAR

1 Mart 21:30 Hadisə 227
Qarabağda şəhid olan Samir Sadıqovun övladı doğuldu - FOTOLAR

Ötən il 19-20 sentyabr tarixində Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan qəhrəmanımız Samir Sadıqovun övladı doğulub.

Amir adı verilən körpənin zəruri xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb.

Dünyaya yeni göz açan körpənin adına depozit hesabı açılacaq və 5 000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Körpənin ilkin zəruri xərclərinin qarşılanması üçün 1 000 AZN vəsait isə ananın hesabına köçürüləcək.

Şəhidin övladı bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.

Samir Cəbrayıl oğlu Sadıqov 22 avqust 2000-ci ildə Ağstafa rayonunun Qırılı kəndində anadan olub. H

ərbi xidmətini tamamladıqdan sonra müddətdən artıq xidmət edən həqiqi hərbi qulluqçu kimi xidmətinə davam edib. Şəhid Ağstafa rayon Qırılı kənd qəbiristanlığında torpağa tapşırılıb.


Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"