Premyer Liqanın futbolçusu bu qadından qorunmaq üçün özünə mühafizəçi tutdu

29 Fevral 03:00 Hadisə 282
Premyer Liqanın futbolçusu bu qadından qorunmaq üçün özünə mühafizəçi tutdu

"Liverpul"un müdafiəçisi Trent Aleksander-Arnold özünə mühafizəçi və detektiv tutub.

Sportinfo.az xəbər verir ki, belə qərar verməsinə səbəb futbolçunun seks manyakı olan qadın tərəfindən təqib edilməsidir.

"The Sun” qəzetinin yazdığına görə, İngiltərə millisinin üzvü bir ildən çoxdur seks dəlisi olan qadın tərəfindən təqib edildiyi üçün təhlükəsizlik məqsədilə belə addımlar atıb.

Xəbərdə Aleksander-Arnoldun mobil telefon nömrəsini dəyişdirdiyi, evində təhlükəsizlik kamerası və siqnalizasiya quraşdırdığı yazılıb.

Ona nalayiq məktublar göndəən qadının hətta "Liverpul”un məşqində, həmçinin onun yaşadığı yerin və getdiyi restoranların yaxınlığıda göründüyü də bildirilib.

26 yaşlı futbolçuya hərəkətlərini sosial şəbəkədə paylaşmamaq tövsiyə edilib. Şübhəlinin nə zaman tutulacağı hələlik bəlli deyil, lakin "Liverpul” sağ cinah müdafiəçisinə tam dəstəyini verdiyini açıqlayıb.

Aleksander-Arnold hazırda zədəlidir və Liqa Kubokunun finalında "Çelsi”yə qarşı oynaya bilməyib.

Müdafiəçi bu mövsüm "Liverpul”un formasında bütün turnirlərdə 29 oyunda meydana çıxıb, iki qola, 10 məhsuldar ötürməyə imza atıb.

Ulduz futbolçu "Liverpul"un "Börnli”yə 3:1 hesabı ilə qalib gəldiyi matçında diz bağlarını zədələyib və fasilədə oyunu tərk etmək məcburiyyətində qalıb. Onun meydana nə vaxt qayıdacağı hələ dəqiq deyil.

Digər Xəbərlər
Xəbər Lenti
12 Aprel 19:50 Çək və bizə göndər!
12 Aprel 07:30 Bu məhsullar bahalaşıb