COP29

Qadın idman jjurnalisti təcavüzə görə şikayət etdi - FOTO

29 Fevral 02:30 Hadisə 285
Qadın idman jjurnalisti təcavüzə görə şikayət etdi - FOTO

"Rádio Monumental”ın müxbiri Gisele Kümpel Braziliya klubu "Internacional”ın maskotu Sacidən cinsi təcavüzə görə şikayət edib.

jurnalist "GloboEsporte"yə açıqlamasında "Qremio"ya 3:2 hesabı ilə qalib gəldikləri matçda qapı arxasında olarkən "Internacional"ın maskotunun daim ona jestlər etdiyini vurğulayıb.

"Meydançanın o tərəfindəki yeganə qadın mən idim. Başqa jurnalistlər də var idi, ancaq o, bunu yalnız mənə etdi.

O, yanıma gəlib məni qucaqladı. Maska taxsa belə, başımı itələdi və məni öpmək jesti etdi.

Səsi eşidirdim, öpüşün və onun tərini hiss etdim. Sona qədər gedəcəm ki, başqa heç bir qadın bunu yaşamasın” - o, deyib.

Klub araşdırma apara bilmələri üçün stadionun təhlükəsizlik kameralarından alınan görüntüləri artıq polisə təqdim etdiklərini və istintaq müddətində maskot kimi fəaliyyət göstərən işçinin işindən uzalaşdırılacağını açıqlayıb.

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"