“Traktor” Kirmanşah şəhərində hücuma məruz qalıb.
Sportinfo.az xəbər verir ki, 12 nəfər futbolçulara hücum edərək onları döyüb.
Onlar oyunçuların şəxsi əşyalarını, oyun geyimlərini və ayaqqabılarını oğurlayaraq qaçıblar.
Həmin vaxt “Traktor”un üz-üzə gələcəyi Kirmanşah təmsilçisi “Baas”dan da heç kəs stadionun önündə olmayıb.
Futbolçulardan Mehdi Ceferpur, Əmir Əli Nikmerh, Mehdi Abbasi və Soran Kərimzadə təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Klubun avtobusuna da ciddi ziyan dəyib.
Cənubi Azərbaycan təmsilçisinin rəhbərliyi İran Futbol Federasiyasına müraciət edərək oyunu keçirə bilməyəcəklərini və Təbrizə qayıtmaq istədiklərini deyib.
Artıq komanda üçün yeni avtobus hazırlanıb və onlar bu gün dogma şəhərlərinə dönəcəklər.