ABŞ federasiyası Azərbaycanda

25 Fevral 02:50 Hadisə 306
ABŞ federasiyası Azərbaycanda

ABŞ-də yaranmış Bodibildinq idman növü son dövrlər Birləşmiş Ştatlarla yanaşı Avropada və Asiyada da məşhurlaşır, inkişaf edir və təkmilləşir.

Bunun səbəbi fərqli federasiyasıların beynəlxalqlaşma siyasətidir.

Yəni, sözügedən federasiyalar fərqli coğrafiyalarda yarışlar keçirərək özlərini dünyaya tanıdır.

Buna ən yaxşı örnəklərdən biri isə mərkəzi Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən "Muscles USA" federasiyasının may ayı üçün fərqli kateqoriyalarda Bakıda keçirəcəyi yarışlardır. Qurucusu Arnold Şvartsenegger, Mel Qibson, Van Damm və s. kimi Hollivud ulduzları ilə işləmiş Ben Samimidir.

2017-ci ildə qurulmuş "Muscles USA" Azərbaycandan savayı Kaliforniya və digər ştatlar, Kanada, Slovakiya, Hindistan, BƏƏ və Gürcüstanda artıq bir neçə yarış keçirib.

Ölkəmizdə keçiriləcək bu yarış 3 gün davam edəcək. Həmçinin ABŞ, Kanada, Rusiya, Türkiyə, İran, Pakistan və bir çox ölkədən 200-ə yaxın idmançının bu yarış üçün ölkəmizə gələcəyi gözlənilir. Federasiya qalib gələn atletlərə "Pro Kart" verəcək. Hansı ki, bu kart atletin "Pro" yarışlarda iştirak etməsi üçün bir biletdir. Yarışın münsiflər heyəti isə bir çox prestijli yarışı idarə etmiş ABŞ hakimləri olacaq. Federasiya mükafat olaraq "Pro-Kart"la yanaşı, 3000 dollar pul və dəyərli hədiyyələr təqdim edir.

Qeyd edək ki, "Muscles USA" turniri 17 ildən sonra Azərbaycanda keçiriləcək ilk xarici yarış olacaq və bu idmanın ölkəmizdə inkişafına böyük töhfə verəcək.

Məhəmməd Tağıyev

Digər Xəbərlər
Xəbər Lenti
13 Aprel 23:35 Çək və bizə göndər!