Fransa Ermənistana müdafiə təyinatlı hərbi texnikanın verilməsinə razılıq verib

22 Fevral 2024 07:10 Hadisə 414
Fransa Ermənistana müdafiə təyinatlı hərbi texnikanın verilməsinə razılıq verib

"Fransa Ermənistana müdafiə təyinatlı hərbi texnikanın verilməsinə razılıq verib".

Bunu Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında deyib.

"Ermənistanla müdafiə sahəsində əməkdaşlığı davam etdirəcəyik. Fransa müdafiə təyinatlı hərbi ləvazimatların tədarükünə razılıq verib və heç bir gərginlik istəməyərək tam məsuliyyətlə buna davam edəcək”, - E.Makron bildirib.

Fransa lideri qeyd edib ki, ölkəsi Cənubi Qafqazın sülh, inteqrasiya və əməkdaşlıq regionu olmasını istəyir.

"Biz Cənubi Qafqazın sülh və əməkdaşlıq regionu olmasını istəyirik və bu mənada regional kommunikasiya kanalları inteqrasiya faktoru olmalıdır".

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar