UEFA-nın nümayəndələri AFFA-nın baş katibi ilə görüşdü

22 Fevral 2024 07:40 Hadisə 545
UEFA-nın nümayəndələri AFFA-nın baş katibi ilə görüşdü

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə “Self Evaluation Workshops” seminarına start verilib.

Sportinfo.az xəbər verir ki, açılış mərasimində Bakıda səfərdə olan UEFA nümayəndələri Helen Kroft, Ceff Devis və Diana Bulqaru AFFA-nın baş katibi Sərxan Hacıyevlə görüşüblər.

Görüş zamanı Azərbaycanda kütləvi futbolun mövcud vəziyyəti barədə müvafiq müzakirələr aparılıb. Daha sonra UEFA nümayəndələrinin başçılığı ilə AFFA-nın müvafiq bölmələrinin əməkdaşları ilə seminar keçirilib.

Seminarın ilk günündə “Futbolda Sosial Məsuliyyət”, “Aşağı yaş qruplarında oyun formaları”, “Futzalın kütləvi futbolda rolu” və digər mövzular ətrafında müzakirələr aparılıb.

Seminar 3 gün davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 20:00 Budur, Ukrayna?
13 Oktyabr 18:10 Çək və bizə göndər!
13 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM