Narkotikə və əmisi oğlunu bıçaqladığına görə həbs olundu – Barəsində film çəkəcəklər

21 Fevral 2024 10:00 Hadisə 974
Narkotikə və əmisi oğlunu bıçaqladığına görə həbs olundu – Barəsində film çəkəcəklər

Məhkum edilmiş futbolçu Kvinsi Promesin həyatından bəhs edən film çəkiləcək.

Sportinfo.az xəbər verir ki, “Like a baller” adlanacaq filmin çəkilişləri 2025-ci ilin əvvəlinə planlaşdırılıb.

Filmdə 32 yaşlı Promesin keşməkeşli həyatından bəhs ediləcək.

Futbolçu əvvəllər “Ajaks”, “Tvente”, “Sevilya” və “Qo Ahead Eagles” klublarında çıxış edib.

Promes 2020-ci ildə narkotik qaçaqmalçılığına və əmisi oğlunu bıçaqladığına görə 6 il həbs cəzasına məhkum edilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti